Dərc edilib: 14-09-2021

https://www.nuh.az/29907-.html

İşsiz qalan Sənubər İsgəndərli aparıcılıq edəcək

14.09.2021 10:31:10

İdman

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası, Əməkdar artist Sənubər İsgəndərli 7 ildən sonra yenidən aparıcılıq edəcək.


Bu barədə “Qafqazinfo”ya sənətkarın özü məlumat verib. O bildirib ki, tezliklə “Xəzər TV”də efirə gedəcək “Sənətdən kənar” proqramı ilə tamaşaçıların görüşünə gələcək.

“Teatrlar 17 aydır bağlıdır, iş yoxdur. Ona görə də aparıcılıq təklifini qəbul etdim”, - deyə aktrisa vurğulayıb.  

Onun sözlərinə görə, proqramda müxtəlif peşə sahiblərinin sənətdən kənar hobbiləri və s. məşğuliyyətlərindən bəhs olunacaq.

Əməkdar artist yeni serial təkliflərini qəbul etmədiyini açıqlayıb: “İstəmədim. Elə bir səbəbi yoxdur. Bəzən səbəbsiz də olur”.

Qeyd edək ki, S. İsgəndərli 2013-2014-cü illərdə “Kanal S” telekanalında (indiki “ARB Şəki” -red.) “Gəlin danışaq” verilişində aparıcılıq edib.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib