Dərc edilib: 14-09-2021

https://www.nuh.az/29910-.html

Polis polkovnikini Polis bölməsində DÖYDÜLƏR

14.09.2021 16:04:57

LIVE

Daxili İşlər Nazirliyi Hospitalının şöbə rəisi işləmiş polis polkovniki Vitaliy Məhərrəmov bir müddət öncə Binəqədi RPİ-nin 7-ci Polis Bölməsində döyüldüyünü iddia edir.


V.Məhərrəmov “Qafqazinfo”ya müraciətində qeyd edib ki, 2-ci Qarabağ müharibəsi zamanı hərbi həkim kimi Dövlət Təhlükəsizliyi Xidmətinin hospitalında bir çox xüsusi rütbəli zabitləri, gizirləri və hərbi qulluqçuları əməliyyat edib. O bildirib ki, şəkərli-diabet xəstəsi və III qrup Qarabağ Müharibəsi əlili olduğu üçün 2020-ci il iyunun 4-də Binəqədi rayonu ərazisində yerləşən 27 saylı poliklinikaya şəkərli-diabet dərmanlarını, bundan əlavə də xəstəliyi ilə əlaqədar arayış almaq üçün gedəndə iki polis əməkdaşının, bir nəfər əsgərin və on nəfərə yaxın şəxsin yolun ortasında dayanıb yolu kəsdiklərini görüb: “Həmin vaxt ərazidə xidmət aparan polis əməkdaşı, adını sonradan öyrəndiyim Mais İsmayılovdan hərəkəti davam etdirə bilməyimiz üçün yolu açmasını xahiş etdim. Lakin həmin polis əməkdaşı mənə yaxınlaşaraq məni tanıdığını dedi və bundan sonra kənar şəxslərin yanında mənə “sən rüşvətxorsan, sən məni əməliyyat edərək şikəst etmisən, səni rüşvət aldığına görə işdən qovublar” deyə qışqırmağa başladı.

NUH informasiya agentliyi səhifəsindən çap edilib