Dərc edilib: 16-09-2021

https://www.nuh.az/29922-.html

İcra başçısının gözləri tutuldu

16.09.2021 00:33:07

Günün sitatı

Xaçmaz Rayon İcra Hakimiyyətinin sabiq başçısı, YAP rayon təşkilatının sədri Şəmsəddin Xanbabayevin gözləri tutulub. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, sabiq icra başçısı Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə yerləşdirilərək, əməliyyat olunub.
Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən Şəmsəddin Xanbabayev bildirib ki, bu gün xəstəxanadan evə buraxılıb: "Gözlərimi mirvari suyu ilə tutuldu. Həkimlərin səyi nəticəsində görmə qabiliyətim nisbətən bərpa olundu. İnşallah tədricən, müalicələrlə düzələcəm”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib