Dərc edilib: 17-09-2021

http://www.nuh.az/29930-.html

Ermənistan İrana alternativ yol çəkməyə MƏCBUR oldu

17.09.2021 07:37:52

LIVE

Ermənistanın cənubundakı Sünik bölgəsində Gorus-Qafan yoluna alternativ olaraq yeni magistral çəkilir.

 

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəsi Nazirliyi yanında "Yol Departamenti" qurumunun mətbuat xidməti bildirib. Qeyd edilib ki, İrana alternativ yol “Azərbaycan polisinin hərəkətləri nəticəsində yaranan çətinliklər nəzərə alınmaqla” qurulur. 68 kilometrlik Tatev-Ağvani yolunun 25-68 kilometr arasında olan hissəsi təmir olunur, qalan hissə isə asfaltlanıb. Magistralın gündəlik ötürmə qabiliyyəti 1500-4500 avtomobil olacaq. Lahiyənin dəyər 5,1 milyard dram (10 milyon dollardan çox) təşkil edir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib