Dərc edilib: 17-09-2021

http://www.nuh.az/29931-.html

Elektron Təhlükəsizlik Xidmətinə yeni rəis təyin edildi

17.09.2021 11:07:01

Maqazin

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə yeni rəis təyin edilib.

 


Nazirliyin Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, xidmətə bundan sonra Şahin Əliyev rəhbərlik edəcək.

Qeyd edək ki, Ş. Əliyev 1985-ci ildə Laçın rayonunun Ərikli kəndində anadan olub. O, 2007-ci ildə bakalavr dərəcəsi üzrə Qafqaz Universitetinin Mühəndislik fakültəsinin kompüter mühəndisliyi ixtisasını, 2009-cu ildə magistr dərəcəsi üzrə Azərbaycan Texniki Universitetinin İnformatika və hesablama texnikası fakültəsinin Avtomatlaşdırılmış sistemlərin və hesablama texnikasının proqram təminatı ixtisasını bitirib. 

Xidmət rəisi telekommunikasiya sahəsində 14 illik təcrübəyə malikdir. 

Xatırladaq ki, bu günə kimi xidmətin rəisi Faiq Fərmanov idi. O, öz ərizəsi ilə işdən ayrılıb.  

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib