Dərc edilib: 18-09-2021

http://www.nuh.az/29938-.html

“Bakcell”dən “Pulsuz zəng” adlı yeni məhsul

18.09.2021 01:32:44

LIVE

Bu məhsuldan ilk olaraq “Leobank” müştəriləri istifadə edəcək 


Bakcell şirkəti korporativ abunəçilər üçün tam yeni məhsul istifadəyə verib. “Pulsuz zəng” adlanan bu xidmətdən “Bakcell”in həm mövcud, həm də potensial korporativ abunəçiləri yararlana bilər.

Yeni təqdim olunan bu təklifdən istifadə edən korporativ abunəçinin müştəriləri onlara pulsuz zəng edə biləcək, çünki həmin zəngin dəyəri təşkilatın özü tərəfindən ödəniləcək. Bu xidmət Azərbaycanda fəaliyyət göstərən və istehlakçılarla birbaşa işləyən bütün bank, taksi və digər sahələrdə fəaliyyət göstərən şirkətlər üçün nəzərdə tutulub.

Qeyd edək ki, “Bakcell”in sözügedən məhsulundan Azərbaycanda ilk dəfə  ölkənin birinci rəqəmsal bankı olan “Leobank” istifadə edəcək. Beləliklə,“Leobank” istifadəçiləri banka zəng edərkən heç bir vəsait ödəməyəcək.

Yeni xidmət barədə daha ətraflı məlumat https://business.bakcell.com/az/special-offers-mobile   internet səhifəsində yerləşdirilib.

Korporativ və fərdi abunəçiləri bazarda ən üstün müştəri təcrübəsi ilə təmin etmək üçün Bakcell öz şəbəkəsini, xidmət keyfiyyətini və məhsullarını təkmilləşdirməyə davam edəcək.

NUH informasiya agentliyi səhifəsindən çap edilib