Dərc edilib: 18-09-2021

https://www.nuh.az/29939-.html

Kraliça Yelizavetanın gəncliyindəki hicablı görüntüsü...FOTO

18.09.2021 09:18:16

LIVE

Böyük Britaniya kraliçası Yelizavetanın gənc yaşlarında uzun, geniş bir libas geyindiyi və  hicablı İran qadınlarınınkına bənzər baş geyimlərindən ibarət  nadir görüntüsü sosial şəbəkələrdə heyranlıqla qarşılanıb. 
 
Moderator.az   bu haqda  xarici İslam nəşrlərinə istinadla məlumat yayıb.
 
İstifadəçiləri bir sual maraqlandırıb: görəsən,  gənc kraliça nədən hicab bağlayıb? 
Məlum olub ki, inanılmaz kadrlar 1946-cı ildə Uelsdə valli dilinə həsr olunmuş mədəni tədbirdə çəkilib. Yelizavetanın baş geyimi həmin gündəki tədbiri  kraliçaya ithaf edilən  “Şeir və İncəsənət” cəmiyyətinin üzvü olan bacılar üçün ənənədir. 
 
Britaniya kraliçasının bu günlərdə də tez -tez insanların qarşısına "rus nənəsi" kimi bağladığı yaylıq və ləçəklə çıxdığı  qeyd olunur.

NUH informasiya agentliyi səhifəsindən çap edilib