Dərc edilib: 18-09-2021

https://www.nuh.az/29943-.html

Baba Vəziroğlu deyəsən Üzeyir Bəyi “Bəstəkar Kamal”la səhv salıb

18.09.2021 15:53:12

Cəmiyyət

Baba Vəziroğlu deyəsən Üzeyir Bəylə  “Bəstəkar Kamal”ı səhv salıb…

 

İndicə  “Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin”  başlıqlı xəbəri oxudum:

 

Qaynarinfo.az  saytı xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb:

 

“Sabahın xeyir, üstəlik ad günün də mübarək. Vallah, xöşbəxt adamsan ki, həyatdan tez getdin, Azərbaycan müsiqisinin bu gününü görmədin. Amma tez getməyinlə bizi bədbəxt elədin, bunu sənə bağışlamaq olmur. Nəsə bu əziz gündə atıq-əskik danışmaq yeri deyil. Təbrik edirəm, Üzeyir bəy”.

 

Baba Vəziroğlunun  bu qəribə təbrikini  oxuyanda düzü yazmağa söz tapmadım.

Mən zarafatın-zərif hərəkətin, yumorun, incə  eyhamın, ərkyana münasibətin nə olduğunu az-çox anlayıram. Və üstəlik istisnasız olaraq heç kimin bütləşdirilməsini qəbul etmirəm. Ancaq hər kəs öz yerini, öz təbii kordinatlarını  bilməlidir.

Baba Vəziroğlu  bu təbrikində Üzeyir Bəyə öz  tay-tuşu kimi müraciət edir. Doğrudanmı, dəyərlər, meyarlar bu dərəcədə itibmi ki, Baba Vəziroğlu  öz “razmeri” ilə Üzeyir Bəyin  miqyasını qarışdırır.

Bəlkə  Baba müəllim, Üzeyir bəyi  “Bəstəkar Kamal”la  səhv salıb ?  

Yox, ola bilməz. Baba müəllimin  həddi nədir ki, "Bəstəkar Kamal"la  tay-tuş kimi danışsın...

Bəlkə...

Bəlkə də bu əziz gündə artıq-əskik danışmağın heç  yeri deyildi, Baba müəllim…

 

NUH.az-ın baş redaktoru Kamran Məhərrəmli  

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib