Dərc edilib: 19-09-2021

https://www.nuh.az/29951-.html

Türkiyədə azərbaycanlı qadın qonaq getdiyi evdə öldürüldü

19.09.2021 11:30:14

LIVE

Türkiyənin Nevşehir şəhərində azərbaycanlı qadın Tərhanə Yaman qonaq getdiyi evdə qətlə yetirilib.


“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, 2 uşaq anası olan 53 yaşlı Tərhanə Avanos rayonunda yaşayan Duran Aşar adlı tanışının evinə gedib. Tərəflər arasında bilinməyən səbəbdən dava çıxıb və Aşar ov tüfəngi ilə qadına atəş açıb. O, daha sonra yaşadığı evi tərk edib.

Yamandan xəbər ala bilməyən yaxınları Duran Aşarın evinə yollanıb və qapısı açıq evdə Tərhanənin meyiti ilə qarşılaşıblar. Hadisə yerinə polis çağırılıb. Yamanın cəsədi Nevşehir Dövlət Xəstəxanasının morquna aparılıb.

Axtarışlar zamanı məlum olub ki, qətli törədən Duran Yaşar Kayseridə özünü qatarın altına ataraq intihar edib.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

 



NUH informasiya agentliyi səhifəsindən çap edilib