Dərc edilib: 19-09-2021

https://www.nuh.az/29957-.html

Kriminalqafqaz.az-ın xəbərində adı keçən Seymur KİMDİR?

19.09.2021 13:59:47

Hadisə

"Kriminalqafaqaz.az"  saytının istintaq materialları əsasında hazırladığı  "Axund  dedi ki, mənimlə cinsi əlaqədə olsan, cənnətə sorğu-sualsız gedəcəksən"  başlıqlı yazıda adı keçən Seymurla  bağlı NUH.az-a  maraqlı məlumat daxil olub.  

Məlumat üçün qeyd edək ki, yazıda intimvideosu yayılan qadın L.S-in məsciddə işləyən Seymurun həyat yoldaşı olduğu bildirilir. 

NUH.az-daxil olan  məlumatdan isə bəlli olur ki, məsciddə Seymur adlı  şəxs işləmir və ən əsası qadın L.S-in  Seymur adında əri olmayıb. 

Şərti adı L.S olan və intimvideosu yayılan qadın Quba mədrəsəsinin müəllimi Hacı Sabir Əliyevin qanuni  həyat yoldaşı olub və hadisədən sonra boşanıblar. 

Bəs onda  Seymur adı haradan  ortaya çıxıb ?

İstintaq materialında bu boyda yalan olar ?

Və ən əsası  istintaq materiallarında Hacı Sabir Əliyevin adı niyə  gizlədilir ? 

Hacı Sabir Əliyevə  QMİ-nin rəhbəri Allahşükür Paşazadə nə söz vermişdi ? 

Ümid edirik ki, müvafiq  dövət qurumları istintaq  materialında  adı keçən "Seymur  məsələsi"nə  aydınlıq gətirəcək. 

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib