Dərc edilib: 19-09-2021

https://www.nuh.az/29959-.html

Tağı Əhmədovdan başqa hansı məmurlar, nazirlər SƏLƏMƏ pul verir ?

19.09.2021 15:40:32

Günün sitatı

Bir neçə  gün öncə  saytlarda  “Bakı Metropoliteni”nin sabiq rəisi Tağı Əhmədovun 2 milyon manat pulunu sələmə verərək qazanc əldə etməsi barədə  xəbər yayıldı.


Xəbərdə iddia olunurdu ki, Tağı Əhmədov  mərmər biznesi ilə məşğul olan şəxslərə faizlə pul verib.

Tağı  Əhmədovdan sələmə pul götürən və Qazaxıstandan Azərbaycana mərmər gətirilməsi ilə məşğul olan Səadət Xəlilov, Sahil Abuşov və Qulu Muxtarov hazırda dələduzluqda ittiham olunurlar və onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Zərərçəkmiş şəxs isə Tağı Əhmədovun yaxın dostu, AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, professor Soltan Əliyevdir. 

 

Sahil Abuşov məhkəməyə ifadəsində bildirib ki, onlara sələm verən şəxs Tağı Əhmədov olub: “Biz mərmər biznesi ilə məşğul olurduq. Qazaxıstandan Azərbaycana mal gətirirdik. Bizə işləri görmək üçün pulu Səadət müəllim verirdi, o da pulları Tağı Əhmədovdan sələmə götürürdü. Tağı müəllim ona aylıq 1.5-2 faizlə pul verirdi. Üç dəfə ondan pul götürmüşük. Pulları Yasamalda YAP-ın binasının yanında götürürdük. Səadət və Soltan içəri girib pulları götürürdü, sonra çıxıb bizə verirdilər”.

 

Vaxtilə Bakı Şəhər Baş Polis İdarəsində əməliyyat müvəkkili olan Qulu Muxtarov  isə  ifadəsində bildirib ki,  Tağı Əhmədova verilməli olan faizlər  gecikirdi, buna görə də problemlər yaranmışdı:

Qulu Muxtarovun sözlərinə görə, hətta Tağı Əhmədov ödənişi gecikdirdiyi üçün Səadət Xəlilovu yanına çağıraraq möhkəm döyüb. 

Məhkəmə prosesi davam edir. 

NUH.az-ın apardığı  araşdırma  zamanı bəlli oldu ki, vətəndaşlara  sələmə pul verilməsi qeyri-qanunidir, qanunsuz  hərəkətdir. Müqavilə əsasında olmadığı halda vətəndaşın bir başqasına faiz qarşılığında, yəni sələmə pul verməsi qanunsuz  əməldir.

Həm də sələmə pul verən  şəxs özü də əldə etdiyi gəlirin miqdarına uyğun olaraq vergi ödəməlidir. Yəni  sələmə pul verən şəxs, külli moqdarda vergidən yyaınır. 

Ümumiyyətlə, ölkə qanunvericiliyi  sələmi niyə hüquqi cəhətdən tənzimləmir ?

Əgər ölkə qanunvericiliyində  "sələm  maddəsi"  yoxdursa,  Bakı Ağır Cinayətlər  Məhkəməsi  Tağı Əhmədovdan sələmə pul götürənləri necə ittiham edə bilər ? Hansı maddə ilə ?

Külli miqdarda vergidən yayınan  Tağı Əhmədov niyə  ittiham olunmur ?

Ümumiyyətlə, bu məsələdə  suallar çoxdur. Yaxşı olar ki, tanınmış  vəkillər, hüquqşünaslar  bu məsələyə aydınlıq gətirsin. 

Sonda onu da qeyd edək ki, sələmə pul vermək məsələsində Tağı Əhmədov tək deyil. 

NUH.az-a daxil olan məlumata görə, xeyli sayda məmur, köhnə və təzə nazir, komitə sədrləri, icra başçıları sələmə pul verərək külli miqdarda gəlir əldə edirlər. 

Həmin şəxslərin kimliyi barədə araşdırmamız davam edir. 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib