Dərc edilib: 19-09-2021

https://www.nuh.az/29964-.html

AXC təşkilat şöbəsinin müdiri Arif Abdullayevi KİM(lər) qətlə yetirdi ?

19.09.2021 19:18:36

LIVE

Bir neçə gündən sonra, sentyabrın  26-da  Azərbaycan  Xalq  Cəbhəsi  təşkilat  şöbəsinin müdiri ARİF  ABDULLAYEVİN  qətlinin  31  ili  tamam olur. 


26 sentyabr  1990-cı ildə xalqımızın düşmənləri, daha doğrusu, "özümüzünkülər"   Arif Abdullayevi  xaincəsinə Bakıda, 8-ci kilometr qəsəbəsindəki öz evində  qətlə yetirdilər.

 

Arifin qardaşı Cavanşir  Əfqanıstanda gedən müharibədə  həlak  olmuşdu. 

 

NUH.az  olaraq  media üzərindən apardığımız  araşdırma zamanı  Arif Abdullayev  barəsində nəinki bir cümləyə, hətta bir sözə rast gəlmədik. 

Sanki  bir sirrli qüvvə  Arif  Abdullayev barəsində yazmağa, danışmağa qadağa  qoyub. 

Maraqlıdır ki, AXC  liderləri də onu heç vaxt yada salmayıb, xatırlamayıb, hətta adını dilə gətirməyiblər. 

Xalq Hərəkatının adi üzvlərini  az qala qəhrəman, əfsanəvi isim, millət fədaisi, türk sevdalısı adlandıranlar niyə Arifin adını 31 ildə bircə dəfə də çəkməyiblər ? 

Hətta  bu qətl ilə bağlı mərhum vəkil  Adil İsmayılovun  mətbuatda  dediklərini də ...sildiriblər. 

Özümüzdən  olan düşmənlərimiz  onu unutdurmağa çalışsalar da, Arif Abdullayevin şərəfli adı tariximizdə əbədi qalacaqdır. 

Allah rəhmət eləsin ! Məkanı cənnət olsun. 

 

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib