Dərc edilib: 20-09-2021

https://www.nuh.az/29969-.html

Hindistanda xortumla doğulan qız Tanrının təcəssümü ... FOTOLAR

20.09.2021 00:47:21

LIVE

Cərrahi əməliyyat da anomaliyanı düzəltməyib...

 

Hindistanın Uttar-Pradeş əyalətinin altı yaşlı sakini Lakşmini induist panteonunun ən hörmətli tanrılarından biri sayılan insan bədəni ilə fil başını təcəssüm edən müdriklik və rifah tanrısı Qaneşaya (Qanapati) bənzədirlər. Moderator.az bu barədə “DailyStar”a istinadla xəbər verir.

 

 

Məsələ ondadır ki, Lakşmi xortumla dünyaya gəlib və əvvəlcə qonşular qızın valideynlərinin evindən yan keçirdilər. Ancaq sonradan kiminsə ağlına gəlib ki, uşaq Qaneşanın təcəssümüdür və Tanrıya dua eləmək üçün qızın ziyərətinə gələnlər artıb. Düzdür, onlar çox şey yox, sadəcə, xeyir-dua istəyirlər. “DailyStar” bunun müqabilində qıza hədiyyələr gətirildiyini yazır.

 

Buna baxmayaraq, uşağın valideynləri anomaliyanı aradan götürmək üçün həkimlərə müraciət ediblər. Xortum götürülüb, amma vəziyyət dəyişməyib - qonşular hələ də Lakşmini tanrının avatarı kimi qəbul edirlər və hazırda uşağın üzündə iki burun var.

 

 

Həkimlər Lakşminin gələcəkdə hansı əməliyyatlara ehtiyacı olacağını təyin etmək üçün aktiv uşaq artımı mərhələsini gözləməyi məsləhət görürlər və valideynləri hələ də vaxt olmasına baxmayaraq, indidən pul yığma kampaniyasına başlayıblar. Onlar plastik cərrahi əməliyyat üçün tələb olunan böyük maliyyə xərclərinə əvvəlcədən hazırlaşmaq istəyirlər.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib