Dərc edilib: 20-09-2021

http://www.nuh.az/29972-.html

Azərbaycana keçmiş iki erməni geri qaytarıldı

20.09.2021 09:26:41

LIVE

Azərbaycan öz ərazisinə keçmiş iki Ermənistan vətəndaşını qarşı tərəfə təhvil verib.

Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidməti mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Azərbaycan tərəfi saat 23:45-də Ermənistan vətəndaşlarını qarşı tərəfə qaytarıb.

Qeyd edək ki, sentyabrın 19-da Ermənistanın Milli Təhlükəsizlik Xidməti Kotaysk əyalətinin Kasax icmasının iki sakininin Azərbaycan ərazisinə keçməsi barədə məlumat yayıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib