Dərc edilib: 22-09-2021

https://www.nuh.az/29988-.html

Səlim Müslümovun ATASI DANIŞDI

22.09.2021 13:56:00

Maqazin

 

"Səlimlə bağlı hər şey yaxşıdır, İnşallah daha da yaxşı olacaq. Allah çətində olan hər kəsə kömək olsun”.

Bunu Modern.az-a açıqlamasında hazırda həbsdə olan sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun atası Yanvar Müslümov bildirib.

Oğlu ilə bağlı əksər sualları cavablandırmaqdan yayınan Y.Səlimov ona görə narahat olan hər kəsə təşəkkür edib:
"Özüm bir müddət əvvəl xəstə idim, xəstəxanada yatdım. Əməliyyat olunmalı idim. Amma həkimlər bir qədər gözləməli olduğumu dedilər. İndi evdəyəm, özümü yaxşı hiss edirəm”.
"Oğlunuz Səlim Müslümovla nə vaxt görüşmüsünüz, səhhəti necədir” sualına cavab olaraq, Y.Müslümov hər şeyin qaydasında olduğunu, sabiq nazirin səhhətində hər hansı ciddi narahatlığın yaranmadığını deyib.
S.Müslümov 1995-ci ildən bəri yüksək vəzifələr tutub. Belə ki, o, 1995-ci ilin iyulundan 2000-ci ilin martınadək Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışıb. 2000-ci ilin martında Dövlət Gömrük Komitəsinin sədr müavini təyin edilib. 2002-ci ilin 17 dekabrında Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsinə gətirilib. 2013-cü ildən 2018-ci ilin 21 aprelinə kimi isə əmək və əhalinin sosial müdafiəsi naziri işləyib. 2018-ci ilin sentyarında Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasında müdir vəzifəsinə təyin olunub.
DTX S.Müslümovun əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi müddəti araşdırıb.
Toplanılan materiallar əsasında onun barəsində cinayət işi başlanıb.
Səlim Müslümov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 14 sentyabr 2021-ci ildə onun həbs müddəti daha 3 aylıq uzadılıb. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib