Dərc edilib: 23-09-2021

https://www.nuh.az/29994-.html

Röya və övladları SIĞINACAĞA yerləşdirildi

23.09.2021 08:40:50

Maraqlı

Xəbər verdiyimiz kimi, jurnalist Röya Rəfili üç övladı ilə birlikdə Almaniyanın Düsseldorf şəhərindən Bakıya deportasiya olunub.


“Qafqazinfo” xəbər verir ki, jurnalist karantin müddəti bitdikdən sonra gedəcək yeri olmaması, uşaqları ilə çətin vəziyyətdə qalmasına dair paylaşım edib.

Məsələyə sosial şəbəkədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov münasibət bildirib.

“Röya Rəfiyeva üç övladı ilə birlikdə Agentliyin Həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəsissəsinə yerləşdirilib”, - o qeyd edib.

Röya Rəfili Almaniyadan deportasiya olundu

NUH informasiya agentliyi səhifəsindən çap edilib