Dərc edilib: 24-09-2021

http://www.nuh.az/30003-.html

Koronavirus öpüşlə keçir, cinsi əlaqə ilə yox...ABŞ və Çin alimləri

24.09.2021 01:53:13

LIVE

Alimlər koronavirus hissəciklərini yoluxmuş kişilərin sperma və toxum mayesində aşkarlamayıb. Ona görə də yeni virusun cinsi yolla qadına keçməsi istisna edilir.
 
ABŞ universitetinin alimləri Çin mütəxəssisləri ilə birgə elmi araşdırma aparıblar.
 
Alimlər koronavirusun Ebola kimi cinsi yolla keçib-keçmədiyini aydınlaşdırmaq üçün Çində 34 nəfər koronavirus diaqnozu qoyulmuş müxtəlif yaşda kişidən sperm nümunəsi toplayıblar. Material üzərində laborator müayinələr heç bir virus hissəcikləri aşkarlamayıb.
 
Alimlər virusun toxum mayesi formalaşan tekstikulun hüceyrələrinə kimi çatıb-çatmamasını da araşdırıb. Çünki virus orda qalarsa, kişinin gələcək reproduktiv fəaliyyətinə mənfi təsir edə bilərdi.
 
Genetik analizlərdə yüksək aktivlik 6500 hüceyrənin yalnız 4-də aşkarlanıb, bu da çox cüzi təsirdir.
 
Beləliklə də, koronavirusa yoluxmuş kişlinin cinsi yolla virusu keçirməsi təkzib olunub. Bu kişilər gələcəkdə ata olarsa da, döldə virus ola bilməz.
 
Bu nəticələrə baxmayaraq, alimlər hələ ağır koronavirus xəstələri üzərində belə bir araşdırma aparmadıqlarına görə, dəqiq fikir bildirmirlər. Və bu xəstələrə sağaldıqdan sonra da 1 ay müddətində cinsi əlaqədən uzaq durmağı tövsiyyə edirlər.
 
İntim əlaqə zamanı partnyordan birinin ağız suyu, öskürəyi və öpüş yolu ilə virus hissəcikləri ağıza keçə bilər. (medicina.az)

NUH informasiya agentliyi səhifəsindən çap edilib