Dərc edilib: 24-09-2021

https://www.nuh.az/30004-.html

Ermənistanda AYSORLAR etiraz aksiyası keçiriblər

24.09.2021 07:42:53

LIVE

Ermənistandakı aysorlar parlament binası yaxınlığında Dimitrov kəndinin icmaların genişləndirilməsi prosesinə daxil edilməsinin əleyhinə etiraz aksiyası keçirib.

Ordu.az xəbər verir ki, onlar səlahiyyətliləri layihəyə yenidən baxmağa və ayrı bir icma olaraq 200 il əvvəl yaradılan kəndi ləğv etməməyə çağırıblar.

Dimitrov sakinlərinin fikrincə, bu, kənd sakinlərinin dil və mədəniyyətinin qorunmasına təhlükə yarada bilər.

Maraqlıdır ki, Ermənistan qanunvericiliyində icmaların genişlənməsi prosesinin milli azlıqların nümayəndələrinin kompakt yaşadığı kəndlərə təsir etməməsi nəzərdə tutulur. Buna baxmayaraq, indi kəndi Artaşat icmasına birləşdirmək istəyirlər.

Dimitrov icmasının rəhbəri İrina Sahradova-Qasparyanın sözlərinə görə, əvvəllər kəndin “genişləndirilməyə” daxil edilməyəcəyinə söz verilsə də, bu yaxınlarda parlamentdəki çıxışı zamanı Ərazi İdarəetmə və İnfrastruktur naziri Qnel Sanosyan deyib ki, aysorlar kənddə cəmi 14% təşkil edirlər.

“Kənd məktəbində yalnız bir aysor müəllim var. İndi Dimitrov Artaşat icmasının qırx kəndindən birinə çevrilsə, oradakı aysorlar haqqında kim düşünəcək?”, - deyə o qeyd edib və yeddi nəfərdən yalnız bir aysorun kənd idarəçiliyində olduğunu söyləyib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib