Dərc edilib: 25-09-2021

http://www.nuh.az/30019-.html

Qubada Xalq artistinin obyektində HƏBS

25.09.2021 18:42:45

Maqazin

Quba şəhərində fəaliyyət göstərən obyeklərdən biri cərimələnib.

Oxu.Az-ın məlumatına görə, "Leyla Şıxlinskaya” adlı istirahət mərkəzində təşkil edilmiş şənliyin gecə saatlarına qədər davam etməsi ilə karantin rejimi qaydaları pozulub.
Bununla əlaqədar olaraq istirahət mərkəzinin işçiləri cərimələnib. Obyektin direktoru Nəzər İsmayılova isə 9 sutka müddətinə inzibai həbs cəzası verilib.
Obyektin sahibi məşhur aktrisa, Xalq artisti Leyla Şıxlinskayadır.
Məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı Leyla Şıxlinskaya ilə əlaqə saxlayıb. O, gecə saatlarında Qubada qeydə alınmış faktı təsdiq edib:
"Hadisə vaxtı mən orda olmamışam, hadisədən də yeni xəbərim olub. İstirahət mərkəzində çalışan əməkdaşlar özləri süfrə açıb və axşam yeməyi yeyiblər. Orada heç bir kənar şəxs, qonaq olmayıb. Onlar oteldə deyil, ayrıca kabab bişirilən yerdə oturublar. Bir anda polislər məkana gəlib və işçiləri, direktoru hətta məkanın həyətində dayanan şəxsləri də saxlayıblar. Qeyd edim ki, işçilər özləri də oteldə qalırlar. Yəni bura kənardan heç kim gəlməyib. Mərkəzin rəsmi direktoru Nəzər İsmayılovu 9 sutkalıq həbs ediblər. Bununla bağlı apellyasiya məhkəməsinə şikayət edilib. Bir gündən sonra digər əməkdaşları buraxıblar”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib