Dərc edilib: 26-09-2021

https://www.nuh.az/30028-.html

Ermənistanın 1-ci prezidenti Qarabağdakı separatçı “naziri” qəbul etdi

26.09.2021 01:49:03

LIVE

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan 25 sentyabr - şənbə günü Azərbaycanın  Qarabağ torpaqlarındakı separatçı-terrorçu rejim tör-töküntülərinin “dövlət naziri” sayılan Artak Beqlaryanı qəbul edib. 
 
Moderator.az xəbər verir ki,  erməni mediasının yazdığına görə, bu barədə Ter -Petrosyanın lideri olduğu Erməni Milli Konqresinin mətbuat katibi  Arman Musinyan “Facebook” səhifəsində məlumat yayıb.
 
Qeyd olunur ki, görüş zamanı yalnız humanitar problemlər, xüsusən də məcburi köçkünlərin mənzil və işlə təmin edilməsi,  Qarabağdakı erməni sakinlərin digər sosial problemlərinin həlli ilə bağlı məsələlər müzakirə edilib.
 
Xatırladaq ki, sentyabrın 21-də Ter-Petrosyan öz malikanəsində  separatçı-terrorçu rejimin başçısı Arayik Arutyunyanı qəbul etmişdi...

NUH informasiya agentliyi səhifəsindən çap edilib