Dərc edilib: 28-09-2021

http://www.nuh.az/30049-.html

Mixeil Saakaşvili oktyabrın 2-nə Tbilisiyə bilet aldı

28.09.2021 01:20:23

LIVE

"Oktyabrın 2-nə Tbilisiyə bilet almışam”.  

"Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili feysbuk səhifəsi vasitəsilə etdiyi videomüraciətində deyib.
O, həmin günün axşamı Tbilisidə Gürcüstan xalqının iradəsini müdafiə edəcəyini bildirib: "Sizinlə birgə Gürcüstanın xilasında iştirak edəcəm. Bunu özüm üçün etmirəm, heç bir şəxsi ambisiyam, hər hansı vəzifə tutmaqla bağlı istəyim yoxdur. Mən uşaqlarımızın gələcəyi üçün mübarizə aparacam”.
Sabiq dövlət başçısı Kiyev-Tbilisi istiqaməti üzrə aldığı aviabiletin fotoşəklini də paylaşıb. Biletdən aydın olur ki, o, oktyabrın 2-si, yerli vaxtla saat 23:05-də anası Giuli Alasaniya ilə birlikdəTbilisiyə çatacaq.
Qeyd edək ki, oktyabrın 2-də Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək.

NUH informasiya agentliyi səhifəsindən çap edilib