Dərc edilib: 28-09-2021

https://www.nuh.az/30057-.html

Qaribaşvili sabah Azərbaycana gəlir

28.09.2021 22:21:59

LIVE

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili sabah Azərbaycana rəsmi səfər edəcək.


“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Azərbaycandakı səfirliyi yayıb.

Bildirilir ki, İrakli Qaribaşvili Azərbaycan ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın iclasında iştirak edəcək.

Bununla yanaşı, Qaribaşvilinin Azərbaycanın Baş naziri Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova və digər rəsmi şəxslərlə görüşü də planlaşdırılıb.

Səfər 1 gün davam edəcək.

NUH informasiya agentliyi səhifəsindən çap edilib