Dərc edilib: 29-09-2021

https://www.nuh.az/30067-.html

“ Allahın çağırışıdır” deyib 5 nəfəri öldürdü

29.09.2021 23:46:14

Kriminal

Texas sakini Ceyson Tornburq 5 nəfəri qətlə yetirib. 


“Qafqazinfo” “Daily Mail”ə istinadən xəbər verir ki, o, bunu “Allahın ondan qurban verməyi istəməsi səbəbindən” törətdiyini bildirib. Tornburq bir kişi və iki qadının boğazını kəsdiyini, bədənlərini hamamda parçaladığını, sonra da zibil qutusunda bədənlərini yandırdığını söyləyib.

O, otaq yoldaşını və sevgilisini öldürdüyünü də etiraf edib. Tornburq müşahidə kameralarının köməyi ilə tapılıb və həbs olunub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib