Dərc edilib: 30-09-2021

https://www.nuh.az/30076-.html

İş adamı Elza Seyidcahanı DÖYDÜ və ağzını ... - ŞOK

30.09.2021 23:57:48

Maqazin

Bu gün Nəsimi Rayon Məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə "ELİT SRC GROUP” MMC-nin təsisçisi Rüstəm Kərimzadə barəsində bir aylıq həbs qərarı çıxarılıb.

Musavat.com istinadən xəbər verir ki, bu barədə tanınmış vəkil Elçin Sadıqov bildirib.

Vəkil bildirib ki o, İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə) maddəsi ilə təqsirləndirilir.

E.Sadıqov həmçinin qeyd edib ki, həbs edilən şəxs aclıq aksiyasına başlayıb.

Qeyd edək ki, müğənni Elza Seyidcahan Nəsim Rayon Polis İdarəsinin 21-ci Polis Şöbəsinə şikayət edərək, R.Kərimzadənin ona zor tətbiq etdiyini bildirib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib