Dərc edilib: 01-10-2021

https://www.nuh.az/30078-.html

Ben Laden ölməyib, SAĞDIR - ŞOK

01.10.2021 00:22:27

Mədəniyyət

“2011-ci ildə Pakistanda “Əl-Qaidə” terror qruplaşmasının rəhbəri Usama ben Ladenin zərərsizləşdirilməsi üçün həyata keçirilən əməliyyat daha çox quramaya bənzəyir. Onun həmin vaxt orada olduğunu heç nə təsdiq etmir”. 


“Qafqazinfo” xəbər verir ki, bunu şahidlər və sözügedən hadisənin detallarını araşdıran Pakistan jurnalistləri “RİA Novosti”yə deyiblər.

Rəsmi versiyalara görə, Usama ben Laden 2011-ci il may ayının 2-də Əfqanıstandan helikopterlər ilə Abbottabada gətirilən amerikalı xüsusi təyinatlılar tərəfindən zərərsizləşdirilib. 

Həmin yerdə çalışan pakistanlı jurnalist Suheyl Abbasinin sözlərinə görə, Abbotabadda baş verən dünya ictimaiyyəti və Amerika vətəndaşları qarşısında nüfuzunu qorumaq üçün ABŞ-a lazım olan tamaşadır.

“Biz hamımız əminik ki, ben Laden binada olmayıb. Lakin aydındır ki, onun ailəsi bir neçə il ərzində həmin bölgədə yaşayıb”, - deyə ben Ladenin içərisində olduğu binanın yaxınlığında yaşayan şahidlərdən biri Raca Harun deyib. 

O qeyd edib ki, Amerika və Qərb KİV-də ben Ladenin zərərsizləşdirilməsi ilə bağlı məlumatları görəndə şəhərdə hər kəs təəccüblənib: “O zaman həm yerli, həm xarici jurnalistlər gəlməyə başladı. Bunun ardınca isə ABŞ-ın o dövrdəki Prezidenti Obamanın ən təhlükəli terror təşkilatının rəhbərinin zərərsizləşdirilməsi ilə bağlı bəyanat və təbrikləri başlayıb. Usama Ben Ladenin cəsədinin dənizə atılması ilə bağlı xəbər isə axmaqlıq və gülüncdür”.

Amerika tərəfi “Əl-Qaidə” liderinin müəyyən edildiyini və onun basdırıldığı yerin terrorçular üçün ziyarət yeri olmaması üçün dənizin dibində basdırıldığını açıqlayıb. 

Qeyd etmək lazımdır ki, ben Ladenin 2011-ci ildə öldürüldüyü ilə bağlı şübhə edən şəxslərdən biri də ABŞ-ın keçmiş Prezidenti Donald Trampdır. Belə ki, o, öz tvitter hesabında “bir nömrəli terrorçu sağdır” deyə dəfələrlə yazıb.

Əməliyyatda iştirak edən dəniz piyadalarından biri ben Ladenin əkizinin öldürülməsi ilə bağlı iddiaları 2020-ci ilin oktyabr ayında ictimai olaraq təkzib edib. 

Amerika KİV-nin yazdığı məlumata görə isə, “ƏL-Qaidə” liderinin cəsədi tanınma və qohumları ilə DNA analizi vasitəsilə təyin olunub. 

Bildirilir ki, hərbi komandanlıq əməliyyatdan sonra ben Ladenin cəsədinin bütün şəkillərini ya təhvil vermək, ya da məhv etməyi tələb edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib