Dərc edilib: 01-10-2021

https://www.nuh.az/30083-.html

Saakaşvili səkkiz ildən sonra Gürcüstanda

01.10.2021 09:46:59

LIVE

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili 8 ildən sonra Gürcüstana qayıdıb.


“Qafqazinfo” xəbər verir ki, Saakaşvili bu barədə məlumatı öz feysbuk hesabında yazıb.

“Sabahın xeyir, Gürcüstan. 8 ildən sonra Gürcüstandayam”, - deyə Saakaşvili yazıb.

Gürcüstanın Daxili İşlər Nazirliyi hələ ki, Saakaşvilinin ölkədə olmasını nə təsdiq, nə təkzib edir.

Qeyd edək ki, Mixail Saakaşvili bir neçə gün əvvəl oktyabrın 2-nə Kiyev-Tbilisi reysinə bilet aldığını açıqlamışdı.

NUH informasiya agentliyi səhifəsindən çap edilib