Dərc edilib: 02-10-2021

https://www.nuh.az/30090-.html

Rusiyada 100 il sonra Romanov toyu - Video

02.10.2021 11:42:40

Maqazin

Rusiyada 100 il sonra ilk dəfə xanədan toyu baş tutub. 


“Qafqazinfo” xəbər verir ki, Rusiya İmperatorluğunun son sülaləsi Romanov ailəsinin üzvü Georgi Romanov Rusiyada 100 ildən çox müddət sonra təşkil olunan toyla evlənib.

Romanov italyan yazıçı Rebekka Bettarini ilə Sankt-Peterburqdakı tarixi Müqəddəs İsak Kilsəsində həyatını birləşdirib.

Rusiyada bir əsr sonra təşkil olunan ilk Romanov toyu olması baxımından diqqət çəkən nikah mərasiminə çox sayda qonaq qatılıb.

Bolşeviklərin qətlə yetirdiyi Romanov ailəsinin üzvü olan 40 yaşlı Georgi Romanov İspaniyada yaşayır.

Rusiya İmperatorluğunun son çarı II Nikolay arvadı və beş övladı ilə 1918-ci ildə öldürülüb.

Georgi Romanov Nikolayın əmisi oğlu Böyük Hersoq Kirilin nəvəsi Böyük Hersoqinya Mariya Vladimirovna Romanovanın oğludur. O, Madriddə dünyaya gəlib.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib