Dərc edilib: 02-10-2021

http://www.nuh.az/30094-.html

Məhkəmə arvadını güllələyən polislə bağlı qərar verdi

02.10.2021 12:25:23

LIVE

Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı İsmayıl Məmmədovun 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq arvadı Xanım Məmmədovanı qəsdən öldürməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

 


"Qafqazinfo" xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə təqdimat təmin edilib.

İsmayıl Məmmədov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, oktyabrın 1-i səhər saat 9 radələrində Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov xidmətdə olarkən həyat yoldaşı Xanım Məmmədovanın ailə münaqişəsi zəminində ondan 24-cü Polis Şöbəsinə şikayətə gəldiyi barədə məlumat alıb. O, dərhal şöbəyə gəlib və üzərində olan xidməti silahdan atəş açaraq X.Məmmədovanı orada qətlə yetirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Həmçinin oxuyun: “Oğlumun etdiyi hərəkətlər yadıma düşdü, onu öldürmək qərarına gəldim” - Gəlinini də baltaladı

NUH informasiya agentliyi səhifəsindən çap edilib