Dərc edilib: 02-10-2021

https://www.nuh.az/30101-.html

Saakaşvilinin ANASI DANIŞDI...

02.10.2021 14:07:13

LIVE

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin anası Giuli Alasania Tiflisə gəlib. 


Bizimxeber.az xəbər verir ki, Giuli Alasania hava limanında jurnalistlərə verdiyi açıqlamada bildirib ki, oğlunun həbs xəbərini təyyarədə oalrkən öyrənib: "Yalnız televiziyada eşitdiklərimi bilirəm. Oğlumla sonuncu dəfə bir neçə gün əvvəl danışdım və Ukraynada olduğuna əmin idim. Gürcüstana gəlməsi mənim üçün tamamilə sürpriz oldu və Tiflisə uçmaq qərarına gəldim. Onun planları haqqında heç nə bilmirəm".

Qeyd edək ki, Mixail Saakaşvili sərhədi qanunsuz keçib, keçiriləcək seçkilər ərəfəsində Ukraynadan Gürcüstana gəlib. Həbsxanada onunla görüşən  vəkilinə özünü siyasi məhbus hesab edərək aclıq aksiyasına başladığını deyib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib