Dərc edilib: 02-10-2021

https://www.nuh.az/30111-.html

Məzi deyib ki, bundan sonra camaat ELEKTRON SƏS verəcək ))

02.10.2021 23:39:15

LIVE

"Gələcəkdə Azərbaycanda elektron səsvermə sisteminin tətbiqi nəzərdə tutulur”. 

Bunu "Report”un Gürcüstan bürosuna açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Bəxşeyiş Əsgərov deyib.
Onun sözlərinə görə, ölkədə keçirilən seçkilərdə innovativ vasitələrin tətbiqindən heç vaxt çəkinilməyib: "Bu günə qədər seçkilərdə innovativ həllərdən ilk olaraq Azərbaycanda istifadə edilib. Seçki məntəqələrində videokameraların quraşdırılması ilk dəfə Azərbaycanda tətbiq olundu. Daha sonra bu təcrübədən Rusiya və Gürcüstan da yararlandı”.
MSK üzvü qeyd edib ki, hər bir ölkənin öz inkişaf ənənələri var: "Buna müvafiq olaraq, gələcəkdə Azərbaycanda da elektron səsvermənin tətbiqi nəzərdən keçiriləcək”.
Qeyd edək ki, Gürcüstanda bu gün keçirilən yerli seçkilərdə ilk dəfə olaraq elektron səsvermə sistemi Tbilisinin Krtsanisi rayonunda pilot layihə kimi tətbiq edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib