Dərc edilib: 02-10-2021

https://www.nuh.az/30112-.html

ƏMƏK, yoxsa ƏMMƏK NAZİRİ ?

02.10.2021 23:47:46

İqtisadiyyat

“Nazir Sahil Babayevin şöbə müdiri və özü kimi ətrafı qəzəblənib ki, Bəxtiyar Hacıyev bizim nazirliyin adındakı "Əmək" sözündə iki "m" yazıb. Hələ kollec məzunu mətbuat katibləri, digər züytutanları da duyğu sömürüsü edirlər ki, bu nazirlikdə əlillər, şəhid ailələrinin üzvləri, qazilər də işləyir. Deməli, adamlar bir dəfə maliyyə cinayəti törətmiş və həbs yatmış, indi də əlillərin, qazilərin, şəhid ailələrinin, internatda böyüyən uşaqların, işsizlərin, yoxsulların haqqından milyard-milyard yediyinə görə həbsdə olan Səlim Müslümovun rəhbərliyi altında işləyib, ona baş əyib, "baş üstə, cənab nazir" deyib, "Səlim müəllim qızıl adamdır" deməyi özlərinə ar bilmirlər, amma bir "m" hərfinin artıq getməsini ar bilirlər”.

Bizimxeber.az-ın xəbərinə görə, bunu siyasi fəal Bəxtiyar Hacıyev bildirib.

“Bu adamlar şəhid, qazi ailələrinin bu gün sosial müdafiəsi üçün ayrılmış pullardan rəhbərliklərinin milyon-milyon mənimsəməsindən narahat olmurlar, yüz minlərlə insana 190 manat verməmək üçün abırsızca bəhanələr uydurmaqdan sıxılmırlar, amma nazirliyin adındakı bir "m" hərfi heysiyyatlarına toxunurmuş.

Bu adamlar dövlət büdcəsini gözlərinin qarşısında əmən adamlara hörmətlə yanaşırlar, onların əmri altında çalışırlar, verilən tapşırıqları canla-başla həyata keçirərək qazilərin əlillik dərəcələrini aşağı salırlar, kəsirlər, işsizlərin işsiz statusunu ləğv edirlər, pensiyaları kəsirlər, şəhid ailələri üçün tikilən evlərdən belə yeyinti edirlər, sonra da elə dövlət qulluqçuları arasında yayılmış "Əmmək nazirliyi" ifadəsini təkrarlamağımdan inciyirlər. No problem! Sahil Babayev öz şöbə müdirinə vətəndaşla "zəncir" söhbəti etdiyinə görə üzr istətdirənə qədər sizin dövlət büdcəsini necə əmməyiniz barədə araşdıracağıq, yazacağıq. Eyni zamanda hüquqlarını pozduğunuz vətəndaşların yanında olub, onlara dəstək verməyə davam edəcəyik ki, onların haqqını oğurlamayasınız” – B.Hacıyev qeyd edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib