Dərc edilib: 05-10-2021

https://www.nuh.az/30124-.html

Tanınmış infeksionist koronavirusdan vəfat etdi

05.10.2021 10:18:43

LIVE

Azərbaycan Tibb Universitetinin yoluxucu xəstəliklər kafedrasının dosenti, infeksionist İlham Bayramov COVID-19-dan vəfat edib. 


“Qafqazinfo” xəbər verir ki, bu barədə ATU-nun mətbuat xidmətindən məlumat verilib.

Uzun müddətdir koronavirusdan müalicə olunan həkimin terminal koma durumuna düşərək vəfat etdiyi bildirilir. 

Qeyd edək ki, İ. Bayramov sentyabrın sonlarından 50% saturasiya göstəricisi ilə Zığ qəsəbəsində yerləşən FHN-in Hospitalının reanimasiya şöbəsinə yerləşdirilmişdi. 

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib