Dərc edilib: 05-10-2021

https://www.nuh.az/30127-.html

“Facebook”un qurucusu iki saata 6,6 milyard dollar itirdi

05.10.2021 16:10:30

LIVE

Mark Zukerberq "Facebook”, "Instagram” və "WhatsApp”ın fəaliyyətində yaranan problemlər nəticəsində 6,6 milyard dollar vəsait itirib.

Həmçinin qeyd olunur ki, "Facebook”un qurucusu təkcə iki saat ərzində baş verən problemlərlə əlaqədar "Forbes”in milyarderlər siyahısında sürətlə geriləyərək altıcı pilləyə enib.
Beynəlxalq qeyri-hökuməti təşkilatı olan "NetBlocks” tərəfindən verilən açıqlamada isə qeyd olunur ki, "Facebook”, "Instagram” və "WhatsApp”ın fəaliyyətində yaranan problemlər nəticəsində qlobal iqtisadiyyata 160 milyon dollar məbləğində ziyan dəyib. (oxu.az)

NUH informasiya agentliyi səhifəsindən çap edilib