Dərc edilib: 07-10-2021

https://www.nuh.az/30144-.html

Nazir bu universitetə prorektor təyin etdi

07.10.2021 08:56:34

LIVE

Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) yeni prorektor təyin edilib.

Bununla bağlı təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Əmrə əsasən, Neman Muradlı UNEC-də Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, o, bu təyinatadək Azərbaycan Respublikası Dövlət Neft Fondunda çalışıb. (unikal.org)

NUH informasiya agentliyi səhifəsindən çap edilib