Dərc edilib: 07-10-2021

https://www.nuh.az/30149-.html

Faiq Ağayev öldü - FOTO

07.10.2021 22:49:38

Cəmiyyət

Xalq artisti Faiq Ağayevin Vikipediya məlumatlarına müdaxilə olunub.


Qaynarinfo xəbər verir ki, müğənnin şəxsi məlumatlarına "ölüm tarixi” əlavə olunub.

Bu barədə F.Ağayev sosial şəbəkədə bildirib:

"Son günlər ya erməni, ya da ki onların yeni nökərləri Azərbaycanın görkəmli artistlərinin Azərbaycan dilindəki Vikipediya məqalələrinə feyk ölüm məlumatları əlavə edirlər. Bu dezinformasiyalara uymayın. Artıq lazımi düzəlişlər etdik. Konkret mənim səhifəmə müdaxilə edən ünsürün İP ünvanı budur: 194.135.153.230”.

Xalq artisti hüquq-mühafizə orqanlarına müraciət edərək, həmin şəxs və ya şəxslərlə bağlı araşdırma aparılmasını xahiş edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib