Dərc edilib: 08-10-2021

https://www.nuh.az/30158-.html

Xırdalanda 30 yaşlı kişi 22 yaşlı arvadını qətlə yetirib

08.10.2021 09:42:17

LIVE

Xırdalanda 30 yaşlı kişi 22 yaşlı həyat yoldaşını qətlə yetirib.

Prokurorluqdan "Qafqazinfo"ya verilən məlumata görə, oktyabrın 7-si saat 11 radələrində Abşeron rayonu, Xırdalan şəhərində fərdi yaşayış evində kirayədə yaşayan 1999-cu il təvəllüdlü İnci Umarovanın yaşadığı evdə öldürülüb.

Araşdırmalarla zərərçəkmişin əri 1991-ci il təvəllüdlü Sənan Umarovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı İnci Umarovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Sənan Umarov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. 

İstintaq tədbirləri davam etdirilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib