Dərc edilib: 08-10-2021

https://www.nuh.az/30159-.html

Saakaşvili 8 günə 12 kq arıqlayıb

08.10.2021 16:52:46

LIVE

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili aclıq aksiyasının 8-ci günündə 12 kq arıqlayıb. 


“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Saakaşvilinin vəkili Beka Basiliya açıqlayıb.

Onun sözlərinə görə, Saakaşviliyə baxdıqda onun arıqladığını görmək mümkündür: “Bildiyim qədərilə o, təqribən 12 kq arıqlayıb. Gün keçdikcə onun sağlamlıq vəziyyəti mütəmadi olaraq pisləşməyə başlayacaq. Lakin o, əhval-ruhiyyə baxımından gümrahdır”.

Vəkilin sözlərinə görə, Saakaşvili telefon zənglərindən istifadə edə bilməz. Basiliya qeyd edir ki, prokurorluq qanunsuz olaraq Saakaşvilinin telefon zənglərindən istifadə etməsini qadağan edib. 

“Onun həqiqətən də televizoru var. Həmçinin əlavə matras da gətirdilər. Əvvəl də matras vermişdilər. Lakin bu, ən bəsit insani tələblərə cavab vermirdi”, - deyə vəkil əlavə edib.

Qeyd edək ki, Mixail Saakaşvili oktyabrın 1-i saxlanıldığı gün aclıq aksiyası elan edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib