Dərc edilib: 08-10-2021

https://www.nuh.az/30162-.html

17 nəfər saxta spirtli içkidən öldü

08.10.2021 17:39:50

LIVE

Rusiyada saxta spirtli içkidən zəhərlənərək dünyasını dəyişənlərin sayı artıb.


“Qafqazinfo” “Tass”a istinadən xəbər verir ki, Orenburq vilayətində saxta spirtli içkidən ölənlərin sayı 14-ə yüksəlib. Daha 8 nəfər isə xəstəxanada müalicəsini davam etdirir.

Qeyd edək ki, bir neçə insanın saxta spirtli içkidən zəhərlənməsi hadisəsi oktyabrın 6-dan 7-nə keçən gecə qeydə alınıb. Faktla bağlı cinayət işi açılıb.

***

Orenburq vilayətində saxta spirtli içkidən dünyasını dəyişənlərin sayı 17-ə yüksəlib. Bununla yanaşı, saxta içkidən zəhərlənən 16 nəfər xəstəxanada müalicə alır. 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib