Dərc edilib: 08-10-2021

http://www.nuh.az/30169-.html

Milli Bankın YENİ SƏDRİ - Şahmar Mövsümov

08.10.2021 20:40:22

Cəmiyyət

Mərkəzi Bankın sədri Elman Rüstəmovun  yaxın zamanda vəzifəsindən gedəcəyi ilə bağlı məlumat vermişdik.


29 ildir  Azərbaycanın bank sistemini bərbad  günə qoyan Elman Rüstəmovun vəzifədən getməsi cəmiyyətimiz üçün çox önəmli məsələdir.

Bəs Mərkəzi Bankın yeni sədri  kim olacaq ? 

 

NUH.az-a daxil olan məlumata görə, Mərkəzi Bankın yeni sədri Prezidentin köməkçisi  Şahmar Mövsümov olacaq. 

 

Şahmar Arif oğlu Mövsümov  1972-ci ildə Naxçıvanda anadan olub. 

 

1990-cı ildən 1995-ci ilədək Moskva Dövlət  Beynəlxalq  Münasibətlər  İnstitutunun  Beynəlxalq İqtisadi Əlaqələr fakültəsində bakalavr, 2003–2004-cü illərdə Harvard Universitetinin Con Kennedi adına Hökumət Məktəbində Dövlət İdarəçiliyi üzrə magistr təhsili almışdır. 

 

1995–2005-ci illərdə  Mərkəzi  Bankda  beynəlxalq əlaqələr məsələlərinin təşkili, valyutanın idarə olunması və maliyyə bazarlarının inkişafı sahələri üzrə baş iqtisadçı, qrup rəhbəri, şöbə rəisi, departament direktorunun müavini, departament direktoru, İdarə Heyəti sədrinin baş müşaviri vəzifələrində çalışıb.

 

2005–2006-cı illərdə Mərkəzi Bankın Baş direktoru vəzifəsində, 2006−2019-cu illərdə  Neft  Fondunun  İcraçı direktoru vəzifəsində işləyib.

 

2019-cu il 29 noyabr tarixindən  Azərbaycan  Respublikası Prezidentinin  köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri.  

NUH informasiya agentliyi səhifəsindən çap edilib