Dərc edilib: 08-10-2021

https://www.nuh.az/30170-.html

23 yaşlı Mədəniyyət Naziri

08.10.2021 21:13:45

Maqazin

Çeçenistanın başçısı Ramzan Kadırov Mədəniyyət naziri təyin edib.

Qaynarinfo Rusiya mətbuatına istənadən xəbər verir ki, Kadırov bu vəzifəni qızı Aişat Kadırovaya tapşırıb. Bu barədə ölkə parlamentinin spikeri Moqimed Daudov rəsmi sosial media hesabında yazıb:
"İnanıram ki, o, bu vəzifədə daha ciddi nəticələr əldə edəcək və qarşıya qoyulan vəzifələrin öhdəsindən gələcək”.
Qeyd edək ki, 1998-ci ildə anadan alan Aişat Kadırova Çeçenistan Dövlət Universitetini bitirib. O, indiyədək Mədəniyyət nazirinin birinci müavini vəzifəsində çalışırdı.

NUH informasiya agentliyi səhifəsindən çap edilib