Dərc edilib: 08-10-2021

https://www.nuh.az/30171-.html

Əlimərdan bəy Topçubaşının nəvəsi vəfat etdi

08.10.2021 23:46:28

Reportaj

Azərbaycanın görkəmli dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından biri, AXC Parlamentinin və Paris Sülh Konfransına göndərilən heyətin sədri, tarixi şəxsiyyət Əlimərdan bəy Topçubaşının Türkiyədə yaşayan yeganə nəvəsi Gülnar Kürdəmir vəfat edib.


“Qafqazinfo” xəbər verir ki, bu barədə HafizTimes.com-a Gülnar Kürdəmirin qızı Nilufer Sanders məlumat verib.

Onun sözlərinə görə, G.Kürdəmirin cənazəsi artıq dəfn edilib:

“Anam üç gün öncə vəfat etdi. O, uzun müddət idi ki, xəstəxanada müalicə olunurdu. Anamın cənazəsini Zincirliquyu qəbirstanlığında, Kürdəmir ailəsinin üzvləri – babam Əliəşrəf Kürdəmir, nənəm Sara xanım, Zərifə xalam və qardaşım Fikrətin məzarlarının yanında dəfn ediblər”.

Xatırladaq ki, Əlimərdan bəy Topçubaşı mətbuatımızın yaradıcısı Həsən bəy Zərdabinin qızı Pəri xanımla ailə qurub. Gülnar Kürdəmir isə Əlimərdan bəyin böyük qızı Sara xanımın övladı idi.

 



NUH informasiya agentliyi səhifəsindən çap edilib