Dərc edilib: 09-10-2021

https://www.nuh.az/30174-.html

Batumidə BİNA ÇÖKDÜ ölənlərin sayı artdı

09.10.2021 10:15:07

Dünya

Gürcüstanın Batumi şəhərində yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 5-ə çatıb. 


Bu barədə “Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir. Məlumata görə, ölənlərdən biri uşaqdır.

İndiyədək 2 nəfər xilas edilərək xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağırdır. 

Dağıntılar altında daha bir neçə nəfərin olduğu bildirilir.

Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.

Həmçinin oxuyun: Batumidə yaşayış binasının uçma anı - Video

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib