Dərc edilib: 10-10-2021

https://www.nuh.az/30181-.html

Pakistanın nüvə proqramının rəhbəri vəfat etdi

10.10.2021 17:20:06

Reportaj

Pakistanın nüvə fizikası üzrə alimi, Pakistan nüvə proqramının rəhbəri Əbdül Qədir Xan 86 yaşında dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Ary News” məlumat yayıb. Alimin ölümünə səbəb kimi koronavirus infeksiyasının orqanizmdə yaratdığı fəsadlar göstərilir. Bildirilir ki, Xanın şərəfinə bir neçə anım mərasimi keçiriləcək. Qeyd edək ki, Pakistanda nüvə proqramının inkişafı 1956 -cı ildə Pakistan Atom Enerjisi Komissiyasının yaradılması ilə başlayıb. Əbdül Qadir Xan 1975 -ci ildə nüvə proqramının inkişafına qoşulub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib