Dərc edilib: 11-10-2021

https://www.nuh.az/30186-.html

Rafiq Bayramovun cəzası 4 il 6 aya endirildi

11.10.2021 14:52:36

LIVE

Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinə baxılıb.


NUH.az    APA-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. Qərara əsasən, sabiq nazir müavininin həbs müddəti 4 il 6 aya endirilib.

“Qafqazinfo”nun məlumatına görə, Rafiq Bayramovun müdafiəçisi onun barəsində bəraət hökmü verilməsinə dair apellyasiya şikayəti verib. Məhkəmə apellyasiya şikayətini təmin etməsə də, yüngülləşdirici halları nəzərə alaraq R.Bayramovun cəza müddətinin azaldılması barədə qərar çıxarıb.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan R.Bayramov 1,8 milyon manat rüşvət almaqda ittiham edilir. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Həmçinin oxuyun: “Otkat”ı Əbülfəs Qarayev alıb, 15-20 faizini müavininə qaytarıb

NUH informasiya agentliyi səhifəsindən çap edilib