Dərc edilib: 12-10-2021

https://www.nuh.az/30189-.html

AFFA-dan Aslan İsmayılova 10 min manat təzminat...

12.10.2021 10:47:36

LIVE

Dünən Səbail məhkəməsində Azərbaycan Futbol Federasiyaları Assosiasiyası - AFFA-nın vəkil Aslan İsmayılova qarşı iddiasına baxılıb. 

 


Fanat.Az xəbər verir ki, hakim Mədinə Bağırovanın sədrliyi ilə baxılan iş üzrə məhkəmədə iddiaçı, AFFA-nın vitse-prezidenti Elxan Məmmədov tərəfdən vəkillər - Muxtar Mustafayev və Ənvər Əmrəliyev iştirak edib.

Prosesdə tərəflərin anket məlumatları dəqiqləşdirilib. İddia məhkəmə baxışına qəbul olunub. Məlum olub ki, AFFA Aslan İsmayılovu qurum barədə böhtan xarakterli məlumatlar yaymaqda, işgüzar nüfuzuna xələl gətirməkdə günahlandırır və 10 min manat təzminat tələb edir.

Məhkəmənin ilkin baxış iclası noyabrın 10-u saat 9:40-a təyin edilib. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib