Dərc edilib: 13-10-2021

http://www.nuh.az/30194-.html

“Azərbaycana MİLLİ MOLLALAR lazımdır”

13.10.2021 10:20:28

Cəmiyyət

"Azərbaycan hökuməti İranın Azərbaycandakı casus şəbəkəsini zərərsizləşdirməlidir".  


“Qafqazinfo” xəbər verir ki, bu təkliflə AMİP lideri Etibar Məmmədov Yeni Müsavat TV-nin efirində çıxış edib. 

Partiya lideri qeyd edib ki, indiyə qədər İran Azərbaycanın ərazisində özünü çox sərbəst hiss edib: 

“İran mədəni və dini əlaqələr adı ilə özünə tərəfdar da yığıb. Sadəcə olaraq, onları neytrallaşdırmaq lazımdır. Hökumət dini siyasətində ciddi dəyişikliklər etməlidir. Azərbaycanın irançı və yaxud başqa dövlətlərə meyilli strukturları tamamilə neytrallaşdırılmalıdır. Azərbaycana milli mollalar lazımdır. İran Azərbaycanı içəridən qarışdırmağa və parçalamağa cəhdlər edib. Bundan sonra da edəcək.

Biz də İranda yaşayan soydaşlarımızın hüquqlarını qaldırmalıyıq. Konstitusiyaya dəyişiklik etməliyik ki, Azərbaycan bütün dünyada yaşayan azərbaycanlıların himayədarıdır. Hökumət İranda yaşayan soydaşlarımızın mədəni, təhsil hüquqlarını müdafiəsinə də kömək etməlidir. İranda olan soydaşlarımızın Azərbaycanda təhsil almasına şərait yaradılmalı, onlar üçün xüsusi kvotalar ayrılmalıdır”. 

E. Məmmədov vurğulayıb ki, daxildə İranın şəbəkələri çox güclüdür:

“Azərbaycanda korrupsiya, rüşvət mühitindən özləri üçün çox faydalanıblar. Adamlarını da həmin rüşvət vasitəsilə yaxşı yerlərə yerləşdiriblər. Düzdür, onlar aşkar olunub və təmizlənib. Ancaq çox böyük şəbəkə yaradıblar və bundan da istifadə edəcəklər.

Təhsil, mədəniyyətdən tutmuş hərbi və təhlükəsizlik sahəsində də onların şəbəkələri var. Təmizləməyə çalışırlar, amma  bu daha ciddi və geniş səviyyədə olmalıdır”.

Həmçinin oxuyun: “Azərbaycan xalqının əhli-beytə bağlılığının İranla heç bir əlaqəsi yoxdur” - Hacı Şahin

İşğal zamanı Qarabağda fəaliyyət göstərən İran şirkətləri - Siyahı

Ağalarının qəzəbindən qorxub ağızlarına su alıb oturdular...

NUH informasiya agentliyi səhifəsindən çap edilib