Dərc edilib: 13-10-2021

https://www.nuh.az/30197-.html

Paşazadə ilə erməni katalikosu görüşdü

13.10.2021 14:07:06

LIVE

Moskvada Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin görüşü keçirilir.


“Qafqazinfo” xəbər verir ki, Rusiya tərəfinin təşəbbüsü ilə keçirilən görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Moskva və bütün Rusiya Patriarxı Kirill və bütün ermənilərin katolikosu II Qaregin iştirak edirlər.

Görüş mətbuata qapalı keçirilir.

***

Dini liderlərin üçtərəfli görüşü Danilov iqamətgahında keçirilir. 

Rəsmi qarşılanma zamanı Moskva və bütün Rusiya Patriarxı Kirill Ermənistan və Azərbaycanın din xadimlərini qarşılayarkən bildirib ki, hər iki dini liderin Moskvaya səfəri olduqca mühüm əhəmiyyət kəsb edir.

Onun sözlərinə görə, bu üçtərəfli görüş bir sıra məsələlərin həlli istiqamətinə öz böyük töhfəsini verəcək.

Rusiyada koronavirusun yayılması səbəbindən görüşün mətbuata qapalı şəkildə keçirilməsi barədə qərar qəbul edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib