Dərc edilib: 13-10-2021

https://www.nuh.az/30199-.html

Zorlanan qızın anası Baş Prokurorluğa çağırıldı

13.10.2021 23:42:25

Reportaj

Dünən sosial şəbəkədə açıqlama yayaraq xalası oğlu Əsgər Ağayev tərəfindən içkisinə narkotik qatıldıqdan sonra zorlandığını bildirən Sənay Yağmurun anası Baş Prokurorluğa dəvət olunub. S.Yağmur və anası Zümrüd Yağmur işi aparan Yasamal rayon prokuroru Elman Süleymanovun qanunsuz olaraq cinayət işinə xitam verdiyini bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə S.Yağmurun anası Zümrüd Yağmur özü məlumat verib.

O bildirib ki, bir az əvvəl Baş Prokurorluqdan ona zəng edərək görüşə çağırıblar və onu Baş prokuror Kamran Əliyevin böyük köməkçisinin qəbul edəcəyini bildiriblər.

Qeyd edək ki, Baş prokurorun böyük köməkçisi Mahir Abbasovdur.

Həmçinin oxuyun: “Xalam oğlu mənə təcavüz edib”

“Prokuror dedi ki, qızınıza yaxşı tərbiyə verəydiniz” - Zümrüd Yağmur

Əhəd Abıyevin Sənayın işini aparan prokurorla əlaqəsi olub?

NUH informasiya agentliyi səhifəsindən çap edilib