Dərc edilib: 14-10-2021

https://www.nuh.az/30200-.html

Azərbaycanda məktəbli oğurlanıb?

14.10.2021 00:16:20

LIVE

Sosial şəbəkələrdə Bakı və Sumqayıtda məktəbli uşaqların oğurlanması ilə bağlı şayiə yayılıb. Səs yazısı kimi Votsapda yayılan məlumat valideynlər arasında təşvişə səbəb olub.


“Qafqazinfo”nun məlumatına görə, məsələ barədə “ASAN Radio”ya DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev açıqlama verib.

“Təşviş üçün heç bir əsas yoxdur. Votsap qruplarında yayılan səs yazıları ilə bağlı araşdırma aparılır. İlkin qənaət ondan ibarətdir ki, tamamilə yalan və cəfəngiyyatdır. Təxribat məqsədi daşıyır.

Daxili İşlər Nazirliyinə səs yazısında iddia olunan hallarla bağlı hər hansı şikayət, yaxud müraciət daxil olmayıb. Vətəndaşlara tövsiyə edirik ki, bu kimi faktsız iddialara inanmasınlar”, - DİN rəsmisi qeyd edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib