Dərc edilib: 14-10-2021

https://www.nuh.az/30207-.html

“Riyad” Şirkətlər Qrupunun rəhbəri həbs edildi

14.10.2021 16:41:19

Günün sitatı

“Riyad” Şirkətlər Qrupunun rəhbər şəxslərindən biri İlham Məmmədov həbs edilib. 


“Qafqazinfo” xəbər verir ki, İ.Məmmədov Cinayət Məcəlləsinin 296-cı maddəsi (bilə-bilə yalan xəbərçilik etmə) ilə təqsirli bilinərək saxlanılıb. 

Səbail Rayon Məhkəməsində istintaq orqanının verdiyi təqdimata baxılıb. Hakim İlkin Rüstəmli təqdimatı təmin edib və İ.Məmmədov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, Şirkətlər Qrupuna “Riyad” Ticarət Mərkəzi, “Riyad” Mühafizə xidməti, “Azinteroil” MMC və digər şirkətlər daxildir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib